Bank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı

Bank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladıBank BTB 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank hesabat tarixinə aktivlərini bir qədər də artıraraq 374 milyon 199.99 min manat səviyyəsinə çatdırıb, bu isə ötən illə müqayisədə 3.4% artım deməkdir.
İlin nəticələrinə görə faiz gəlirləri ötən illə müqayisədə 4.5% artaraq 26 milyon 791.74 min manat təşkil etmiş və yekunda 441.86 min manat əməliyyat mənfəəti əldə etmişdir.
"Əhali kütləsinin etibarını qazanan bank ənənəvi olaraq bu il də depozit portfelininin artımına nail olmuş və ümumilikdə 2021-ci ilin yekunları ilə müqayisədə 8% artım nümayiş etdirmişdir və 159 milyon 224.50 min manat olmuşdur",- press-relizdə bildirilir.
İl ərzində 123  milyon 302.337 min manat həcmində verilmiş kreditlərin böyük hissəsi biznes subyektlərinə ayrılmışdır ki, bu da bankın strateji hədəflərinə uyğun olaraq həyata keçirilmişdir.  Belə ki, ümumi satışın 16%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 29%-ni istehlak kreditləri, 55%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 6% artaraq 276 milyon 860 min manat təşkil etmişdir.
Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə cari ilin yanvar ayından etibarən 5 822 79 min manat ehtiyat yaratmışdır. Bu da gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirdir.
Hesabat dövrünə bankın məcmu kapitalı 53 milyon 772.30 min manat təşkil etmişdir ki, bu da bankın prudensial normalara tam uyğun olduğunu göstərir. Bankın ani likvidlik əmsalı 123.09% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 4 dəfə çoxdur.
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Bank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladıBank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladıBank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı/ marja.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin