Bank "BTB" 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub

Bank Bank "BTB" 2025-ci ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bank "BTB"nin yaydığı press-relizdə bildirilir ki, ötən il ərzində bank əsas göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlaya bilmişdir.
Beləliklə, 2025-ci il ərzində bankın xalis əməliyyat mənfəəti 2024-cü ilin nəticələri ilə müqayisədə 11% artaraq 5.9 milyon manata çatmışdır. Eyni dövr ərzində Bankın xalis faiz gəlirləri 16% artaraq 14.2 milyon manat, qeyri-faiz gəlirləri 20% artaraq 7.3 milyon manat təşkil etmişdir. Beləliklə Bank 2025-ci ili 2.4 milyon manat xalis mənfəətlə yekunlaşdırmışdır.
Qeyd edilib ki, bank ipoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2025-ci ilin 12 ayı ərzində  173 şəxsə 16.7 milyon manat həcmində ipoteka üzrə  kredit  verilmişdir. Bunlardan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 123 müştəriyə 13.2 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 50 müştəriyə 3.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir. 
2025-ci ilin sonuna Bankın məcmu kapitalı 4.3% artaraq 53.3 milyon manat təşkil etmişdir, bu da  Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 23.2% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10.5%) əhəmiyyətli dərəcədə üstələyir. 
QEYD: Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 4400 946 WhatsApp () nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ


iqtisadi xeberler avtomobil xeberleri telefonla pul qazanmaq bitkoin qiymeti birbank