Bank "BTB" ASC-nin bank olmayan kredit təşkilatına çevrilmə formasında yenidən təşkili məsələsi ilə bağlı məlumat

Bank Bank "BTB" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 25 fevral 2026-cı il tarixli iclasında rəqəmsallaşan maliyyə sektorunda rəqabət mühitinin mürəkkəbliyini və bu qəbildən olan digər riskləri nəzərə alaraq, xərclərin optimallaşdırılması və səhmdar kapitalının qorunması məqsədilə Bank "BTB" ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi ilə bağlı qanunvericilikdən irəli gələn proseslərin həyata keçirilməsi, o cümlədən bununla bağlı qabaqcadan razılığın alınması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsinə dair qərar qəbul edilmişdir. Bu iclasda, həmçinin, Bank "BTB" ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə"nin imzalanması qərara alınmış və 2 mart 2026-cı il tarixində həmin müqavilə imzalanmışdır.
Qeyd olunanları nəzərə alaraq, Bank "BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilmə formasında yenidən təşkilinə qabaqcadan razılıq verilməsi ilə əlaqədar Mərkəzi Banka müraciət edilmiş, Mərkəzi Bank tərəfindən müvafiq razılıq əsasında yenidən təşkil prosesinə başlanılmışdır.
Proses çərçivəsində, "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə imzalanmış müqaviləyə əsasən, Bank "BTB" ASC-nin aktivləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən qarşılanacaq. Bank "BTB" ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini həmin bankdan geri götürə bilərlər.
Bank "BTB" ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürüləcək və ödənişlərin "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək.
Kreditlərin və bank qarşısında olan digər öhdəliklərin müştərilər tərəfindən Banka ödənilməsi, eləcə də əmanətçilər və digər kreditorlar qarşısında Bankın öhdəliklərinin icrası ilə bağlı zəruri məlumatlandırma Bank "BTB" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən həyata keçiriləcəkdir.
Sözügedən müqavilə əsasında aktiv və öhdəliklərin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürülməsi başa çatdıqdan və qanunvericiliklə müəyyən edilmiş digər tələblər təmin edildikdən sonra bankın lisenziyasının ləğv olunması və yeni yaradılacaq BOKT-a xüsusi razılığın (lisenziya) verilməsi ilə bağlı Mərkəzi Banka müraciət edilməsi nəzərdə tutulur. / banker.az

Banklar     Tarix: 06 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu biznes ideyalari dollar mezenne