Bank "BTB" Talassemiya Mərkəzində "Sevinc boxçası" adlı aksiya keçirib
®Bank BTB-nin əməkdaşları Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Talassemiya Mərkəzində (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) "Sevinc boxçası" adlı aksiyasını təşkil etmişdirlər.
Aksiya çərçivəsində toplanan 400-dən çox oyuncaq mərkəzdə müalicə alan uşaqlara sevinc bəxş etmək üçün onlara hədiyyə edildi. Uşaqların hədiyyələrə olan pozitiv reaksiyaları tədbirin ən yaddaqalan məqamlarından oldu. Onların yeni oyuncaqları ilə oynayan zaman gözlərindəki sevinc və Mərkəzdə yaranmış səmimi ab-hava hər kəsi təsirləndirdi.
Aksiyanın məqsədi müalicəsi davam edən kiçik dostlarımıza uşaqlığın şirin anlarını daddırmaq, üzlərinə təbəssüm bəxş etmək və qarşıdan gələn bayram sehrini onlara yaşatmaq idi. Bu aksiya sayəsində əməkdaşlarımız həm uşaqların sevincinə şərik oldu, həm də cəmiyyətin həssas qrupları üçün dəyər yarada biləcəyini sərgilədi.
Bankımız üçün hər bir sosial məsuliyyət layihəsi vətəndaşlara sevinc gətirmək və cəmiyyətə fayda vermək məqsədini daşıyır. Aksiynın təşkilində Banka dəstək göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və mərkəzin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10