Bank "BTB" Zəfər Günü münasibəti ilə sərgi təşkil etdi

Bank ®Bank "BTB" Zəfər Günü münasibəti ilə "Autizmli Uşaqların Ailələrinə Dəstək" İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil etdi. Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıqları ilə töhfə verdilər. Gənc istedadlar Zəfər Gününün rəmzinə çevrilmiş Şuşa Qalasının, Qəhrəman xalqın yüksələn bayrağının təsvirləri ilə yanaşı Bank "BTB" yə dair bir-birindən rəngərang rəsmlər təqdim etdilər.
6 Noyabr 2024-cü ildə Bank "BTB"-nin baş ofisində  baş tutan tədbirdə Bank BTB-nin rəhbərləri və qonaqlar sərgidə iştirak etdilər. Qonaqları salamlayan Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva, bu unikal sərginin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verdi. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bank BTB-nin İdarə heyəti sədri v.i.e. Eldəniz Hüseynov tədbirin açılışında çıxış edərək Bank BTB-nin sosial məsuliyyətinə olan bağlılığını vurğulayıb və bu layihənin bankın əməkdaşları ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında mənəvi bir körpünün yarandığını qeyd etdi. Eldəniz Hüseynov: "Bank "BTB", qurulduğu gündən etibarən yalnız maliyyə sektorunda deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak etməyi özünün prioritetlərindən biri hesab edir. Bu sərgi, bankın davamlı olaraq həyata keçirdiyi sosial layihələrin bir parçası kimi, autizm və daun sindromlu uşaqlara dəstək göstərmək və onların yaradıcılığını cəmiyyətə tanıtmaq məqsədi daşıyır."
Sərginin konsepsiyasını xüsusi edən məqam isə Şamxal Xələflinin I Qarabağ müharibəsi qazisinin övladı olaraq bu təşəbbüsə dəstək verməsi oldu. 
Tədbirdə "Autizmli Uşaqların Ailələrinə Dəstək" İctimai Birliyinin layihə rəhbəri Zəhra Xələfli çıxış edərək, bu cür dəstəyin autizm və daun sindromlu uşaqların həyatına müsbət təsirindən bəhs etdi. Uşaqların yaradıcılığını əks etdirən bu əsərlər sərgi müddətində satışa çıxarıldı və toplanan vəsait gənc rəssamlara təqdim olundu.  
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir. / banker.az

Banklar     Tarix: 07 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin