Bank kartlarının sayı 17 milyona yaxınlaşıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil edib..
Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 23.2%, kredit kartları üzrə 21.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 381 min, digər kartlar isə 2.5 mln. ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Biznes plan necə yazılır?
Ən çox gəlir gətirən onlayn bizneslər
Start-up nədir?
İlon Mask kimdir?
Dünyanın ən zəngin idmançıları