Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Rəqəmsallaşma yolunda inamla addımlayan Bank of Baku yeni təqdim etdiyi rəqəmsal məhsulu - Digital Bolkart kartı üzrə müştərilər üçün keşbek kampaniyasına start verir.
Belə ki, Bank of Baku-nun Mastercard Digital Bolkart kartı ilə alış-veriş edən müştərilər,
Həm "Bravo" marketlər şəbəkəsində, həm də "SOCAR" yanacaq doldurma məntəqələrində 5% KEŞBEK qazanacaq.
Ay ərzində müştərilər hər bir kateqoriya üzrə maksimum 20 AZN keşbek qazana bilər. "SOCAR"da keşbek qazanmaq üçün ödənişi Bank of Baku-ya aid POS terminallar ilə etmək mütləqdir.
Bakı Metropolitenində hər 3-cü gediş PULSUZ!
Yəni hər üçüncü gedişin məbləği müştəriyə keşbek olaraq geri qayıdacaq. Gedişlərdən qazanılacaq keşbek məbləğinə isə limit yoxdur.
Keşbek qazanmaq üçün ödənişlərin AZN valyutalı Digital Bolkart kartı ilə edilməsi mütləqdir. Keşbeklər Google Pay və ya Apple Pay ilə vasitəsilə həyata keçirilən ödənişlərdən əldə olunur. Qazanılan keşbek məbləğləri müştərinin keşbek balansında DƏRHAL əks olunur.
Qeyd edək ki, Digital Bolkart kartı ilə keşbek qazanmaq üçün Dostbank-da kateqoriya seçiminə ehtiyac yoxdur. Bu şərt fevral ayı üçün keçərlidir.
Digital Bolkart kartı eyni zamanda aşağıdakı üstünlüklərə də sahibdir:
• Kart qalığına gündəlik əsasda İLLİK 9%-dək GƏLİR (yalnız AZN üçün);
• KARTDAN KARTA KOMİSSİYASIZ KÖÇÜRMƏ – aylıq 2000 AZN-dək komissiyasız;
• NFC texnologiyası ilə təchiz edilmiş bankomatlarda RAHAT NAĞDLAŞDIRMA;
Qeyd edək ki, Digital Bolkart-ı 3 valyutada – AZN, USD, EUR olaraq ödənişsiz sifariş etmək mümkündür. Bir müştəri hər valyutadan 1 ədəd olmaqla ümumilikdə 3 Digital Bolkart sahibi ola bilər. Sözügedən kartın istifadə müddəti isə 60 aydır.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Dünyanın ən bahalı restoranları
İKEA şirkətinin tarixi
Marketinq nə demədir?
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın ən varlı 10 adamı