Bank olmayan kredit təşkilatlarında 13 milyon manatdan çox zərər
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin 1-ci yarısını (yanvar-iyun) 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, 6 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat (illik müqayisədə 26,2 % çox), əməliyyat xərcləri 149,5 milyon manat (93,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 76,8 milyon manat (26,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (eyni), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə az) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,5 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8 % artaraq 512,5 milyon manata, balans kapitalı IS 20,5 % artaraq 450,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 28,7 % artaraq 272,2 milyon manata çatıb.
Həmçinin oxu
İlk 6 ayda Azərbaycan banklarının xalis mənfəəti 6 faizdən çox azalıb
© "Report"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?