"Bank Respublika" daha iki göstərici üzrə 1 milyard manat həddini keçib

"Bank Respublika" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 17 milyon 588 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 12 milyon 511 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5 milyon 76 min manat və ya 40,6% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Respublika"nın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 25 milyon 993 min manat və ya 41,6% artaraq 88 milyon 399 min manat, qeyri-faiz gəlirləri isə 898 min manat və ya 5,1% artaraq 18 milyon 351 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2023-cü ilin birinci yarısında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 106 milyon 750 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 84 milyon 843 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 21 milyon 907 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 154 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 4 milyon 166 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri 79 milyon 859 min manat, cəmi əməliyyat xərcləri 65 milyon 336 min manat, əməliyyat mənfəəti 14 milyon 523 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatdan azad olmuş 1 milyon 487 min manat mənfəətə əlavə edilmişdi. Bank həmin dövrdə 3 milyon 500 min manat mənfəət vergisi ödəmişdi.
AKTİVLƏRİ 1,7 MİLYARD MANATI AŞIB
"Bank Respublika"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 120 milyon  668 min manat və ya 7,6% artaraq 30 iyun 2023-cü il tarixində 1 milyard 705 milyon 525 min manat təşkil edib.
 KREDİT PORTFELİ 1 MİLYARD MANATI KEÇİB
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 92 milyon 71 min manat və ya 9,6% aratraq 1 milyard 54 milyon 632 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 21 milyon 70 min manat artaraq 248 milyon 670 min manata, biznes kreditləri portfeli 53 milyon 630 min manat artaraq 711 milyon 745 min manata, ipoteka kreditləri portfeli isə 17 milyon 373 min manat artaraq 93 milyon 977 min manata yüksəlib. 
DEPOZİT PORTELİ DƏ 1 MİLYARD MANATI AŞIB
"Bank Respublika"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 103 milyon 709 min manat və ya  10,7% aratarq 1 milyard 69 milyon 602 min manata qalxıb. O cümlədən, fiziki şəxslərin depozitləri 70 milyon 80 min manat artaraq 629 milyon 43 manata, hüquqi şəxslərin depozitləri isə 33 milyon 629 min manat artaraq 440 milyon 559 manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Bank Respublika" 141 milyon 440 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne