Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular

Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular®Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank Respublika və "Sabah" FK, Yeni il ərəfəsində daha bir birgə xeyirxah layihəyə imza atıb.
Yeni ilin möcüzəsini və sevincini uşaqlara bəxş etmək istəyən Bankın əməkdaşları Qadın və Uşaq Sığınacağında məskunlaşmış valideyn himayəsindən məhrum olmuş uşaqların Santa Klausa ünvanladığı arzuları həyata keçirərək onlara müxtəlif hədiyyələr alaraq onların Gizli Santasına çevriliblər.
Layihə çərçivəsində uşaqların Bank Respublika İT LAB-na səfəri təşkil olunub və burada uşaqlara maraqlı ekskursiya təşkil edilib. Daha sonra uşaqları şam ağacının ətrafında toplayan Santa Klaus uşaqların arzu etdikləri hədiyyələri onlara təqdim edib. 
Uşaqların "Sabah" FK futbolçuları ilə görüşü də onlarda böyük sevinc hissi yaradıb. Santadan qapıçı əlcəyi istəyən uşaqlardan birinin arzusunu "Sabah" FK və Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov yetirərək ona öz əlcəyini hədiyyə edib. Futbolçular uşaqları bayram münasibətilə təbrik edib, klub tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim edib, uşaqlarla stolüstü futbol oynayıb.
Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılanıb. Bayram şənliyində uşaqlar Santa ilə birlikdə mahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldularBank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldularBank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldularBank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular/ banker.az

Banklar     Tarix: 25 dekabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne