Bank Respublika fermerlərə ən aktiv dəstək olan bank seçildi

Bank Respublika fermerlərə ən aktiv dəstək olan bank seçildi(®) Bugün, Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə II Aqrobiznesin İnkişafı Forumu start götürüb.
Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Ölkəmizdə sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan Bank Respublika "Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən bank" nominasiyasında mükafat qazanıb.
Qeyd edək ki, Bank Respublika ötən il ərzində Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə aktiv əməkdaşlıq edərək fermerlərə ən böyük həcmdə güzəştli kredit təqdim etmişdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika fermerlərə ən aktiv dəstək olan bank seçildi/ marja.az

Banklar     Tarix: 01 fevral 2023

Oxşar xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla


iqtisadi xeberler investisiya valyuta mezennesi rubl mezenne dollar kursu