Bank Respublika "İlin Bankı" adına layiq görüldü

Bank Respublika (®) Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində "İlin Bankı – 2024" nominasiyasında qalib gəldi.
Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.
Tədbir maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri, dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə sahəsinin peşəkarları iştirak ediblər.
"İlin Bankı – 2024" nominasiyasında Bank Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi yanaşmasının nəticəsidir.
Bank Respublika, maliyyə sektorunda geniş spektrli xidmətləri ilə tanınır. Bankın təqdim etdiyi rəqəmsal həllər müştərilərə sürətli və rahat bank xidmətləri təklif edir. Eyni zamanda, müştəri mərkəzli yanaşma, dayanıqlı maliyyə idarəetməsi və sosial məsuliyyətə verdiyi əhəmiyyət Bank Respublikanı sektorda fərqləndirir. Bank Respublika, həmçinin ölkədə iqtisadi inkişafı dəstəkləmək və maliyyə bazarlarında davamlı irəliləyiş əldə etmək məqsədilə yeni layihələr üzərində çalışır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 23 dekabr 2024

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun