Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı
®Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, Vətən müharibəsi şəhidlərinin övladları üçün növbəti təqdirəlayiq aksiya həyata keçirib.
Belə ki, Bankın əməkdaşları "1 iyun – Uşaqların müdafiəsi Günü" ərəfəsində Naxçıvan Muxtar Respublikasında yaşayan, vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edərək, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıb.
Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.
Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.
Qeyd edək ki, Bank Respublika "YAŞAT" Fondu, "Silahlı Qüvvələrə Yardım Fondu" və "Qarabağ Dirçəliş Fondu"na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



/ banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
McDonalds haqqında maraqlı faktlar
Marketinq nə demədir?