Bank Respublika qardaş Türkiyəyə dəstək məqsədilə 2.2 milyon TL ianə etdi
®Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırmağa dəstək olmaq üçün, Azərbaycan dövləti, xalqı, ilk dəqiqələrdən qardaş ölkənin yanında oldu və öz həmrəyliyimizi nümayiş etdirdi.
Qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edən Bank Respublika, zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) – 2.2 milyon TL (200.000 AZN) məbləğində pul vəsaiti köçürdü.
"Bank Respublika ailəsi adından bu faciəvi zəlzələdə həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə dövlətinə başsağlığı verir, xəsarət alanlara isə şəfa diləyirik." deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt