"Bank Respublika" sığorta şirkətində əlavə pay aldı – Payı 79.4%-i keçdi
"Bank Respublika" ASC 2023-cü ilin ikinci rübü sığorta şirkətindəki payını bir qədər də yüksəldib.
Banker.az xəbər verir ki, indiyə qədər bank "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əlavə 3 303 ədədini satın alıb. Aprel ayında baş tutan bu əməliyyatdan sonra "Bank Respublika"nın "Bakı Sığorta" ASC-də payı 51.29%-dən 79.42%-ə qədər yüksəlib.
Sığorta şirkətinin səhmlərinin hər birinin 760 manat olduğunu nəzərə alsaq, bu, ümumi 2 510 280 manatlıq səhm paketidir. Sığorta şirkətinin səhm kapitalının həcmi 8 925 440 manat təşkil edir.
Bankın hansı şəxsdən bu səhmləri aldığı açıqlanmır. Buna qədər səhmlərin 19.76%-i Toyota Absheron Center-ə, 6.97%-i Murad Rəhimov, 6.93%-i Behbud Nəcəfova, 6.84%- Yeni Motor Şirkətinə, 6.68%-i Ekolizinq Şirkəti və 1.53%-i Daimond Motors Şirkətinə məxsus idi.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Mcdonalds françayzinqi neçiyədir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
Biznes plan necə yazılır?
Biznes nədir və hansı növləri var?