Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb®Bank Respublika yaşıl kredit götürən sahibkarlara keşbek verəcək!
Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar.
Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, saziş çərçivəsində, Bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.
"Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidir" deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib.
 "Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk" deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.
"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik." – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıbBank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıbBank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb/ banker.az

Banklar     Tarix: 19 noyabr 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari