Bank Respublika yenidən zirvədə – 6 mükafat
®Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi "Bankçılıq Mükafatları" adlı tədbir keçirib və ölkə banklarını 2022-ci ildəki fəaliyyətinə görə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüb. Bank Respublika ötən illərdə olduğu kimi, bu il də ən çox mükafat qazanan banklardan biri olub.
Bankın 2022-ci ildə həyata keçirdiyi sosial layihələrin hamısı yüksək qiymətləndirilib və bütün nominasiyalar üzrə qalib seçilərək 6 mükafat qazanıb:
Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
Ən fəal təhsil dəstəkçisi;
Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank;
Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri həyata keçirən ən fəal bank.
Qeyd edək ki, Bank Respublika ötən il korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir çox layihələr həyata keçirib:
Bundan başqa, Bank Respublika ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə dünyada ilk dəfə olaraq Wolt kobrend kartını buraxmışdır. Bank həmçinin, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə sosial şəbəkələrdə və radioda rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri reallaşdırıb.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?