Bank Respublika yenidən zirvədə - 6 mükafat

Bank Respublika yenidən zirvədə - 6 mükafat(®)Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi "Bankçılıq Mükafatları" adlı tədbir keçirib və ölkə banklarını 2022-ci ildəki fəaliyyətinə görə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüb.
Bank Respublika ötən illərdə olduğu kimi, bu il də ən çox mükafat qazanan banklardan biri olub.

Bankın 2022-ci ildə həyata keçirdiyi sosial layihələrin hamısı yüksək qiymətləndirilib və bütün nominasiyalar üzrə qalib seçilərək 6 mükafat qazanıb:

-Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
-Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
-Ən fəal təhsil dəstəkçisi;
-Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
-Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank;
-Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri həyata keçirən ən fəal bank.
Qeyd edək ki, Bank Respublika ötən il korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir çox layihələr həyata keçirib:

"Nargis" Fondu ilə birgə şəhid və aztəminatlı ailələrə dəstək layihəsi;
Bundan başqa, Bank Respublika ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə dünyada ilk dəfə olaraq Wolt kobrend kartını buraxmışdır. Bank həmçinin, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə sosial şəbəkələrdə və radioda rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri reallaşdırıb.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 09 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməs

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək


iqtisadi xeberler emlak xeberleri biznes krediti kripto dollar kursu