Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ

Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİAzərbaycan Mərkəzi Bankı "Statistik bülleten-2026" hesabatını açıqlayıb.
Marja.az hesabata istinadən təqdim edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bank sektoru
31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 498 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 235 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 528.7 milyon manat, balans kapitalı 7 milyard 407.1 milyon manat olmuşdur.
Bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil edir. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat); ıı) istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat) və ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.3%-i və ya 36 milyard 805.3 milyon manat. Depozit portfelinin 55.7%-i (20 milyard 499.8 milyon manat) hüquqi şəxslərin, 44.3%-i (16 milyard 305.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68.3%-i (11 milyard 140.9 milyon manat) milli valyutada, 31.7%-i (5 milyard 164.6 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.2%-i (10 milyard 475.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.6% və ya 159.9 milyon manat artmışdır
2026-ci ilin yanvar ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.5% (2 min 939 əmanətçi) artaraq 197.1 min nəfər olmuşdur.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 115.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.7%-ni təşkil etmişdir.
2026-ci ilin yanvar ayında banklar 80.1 milyon manat xalis mənfəət, 155 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Yanvar ayında banklar tərəfindən ümumilikdə 32.5 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 10.2% artaraq 38 milyard 308.7 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 125.1 milyon manat azalaraq 3 milyard 136.7 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artmış, kredit kartlarının sayı isə 7.6% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artmışdır. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 687 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 600 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 85 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 7.7%, POS-terminalların sayı 50.6% artmışdır.

Banklar     Tarix: 27 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi