Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2026" sayını dərc edib.Marja.az bülletenə istinadən təqdim edir.
Bank sektoru 
31 may 2026-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri daxil olmaqla) 84, ATM-lərin sayı 3 min 502 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 374 nəfər təşkil etmişdir. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 59 milyard 183.7 milyon manat, cəmi öhdəlikləri 51 milyard 612.2 milyon manat, balans kapitalı 7 milyard 571.5 milyon manat olmuşdur. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.2% və 3.9% artmış, balans kapitalı isə 1.2% azalmışdır. 
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 276.6 milyon manat artaraq 30 milyard 885.8 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (16 milyard 401.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.7% (9 milyard 775.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 708.2 milyon manat). 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 38 milyard 548.3 milyon manat. Depozit portfelinin 54.8%-i (21 milyard 122.2 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (17 milyard 426.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 70.4%-i (12 milyard 264 milyon manat) milli valyutada, 29.6%-i (5 milyard 162.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.4%-i (11 milyard 215.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2.1% və ya 235.3 milyon manat artmış, tələbli əmanətləri isə 1.3% və ya 81.3 milyon manat azalmışdır. 
2026-cı ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.1% (6,492 əmanətçi), ilin əvvəlindən isə 11.3% (21,990 əmanətçi) artmışdır. 
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 847.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir. 
2026-cı ilin yanvar – may ayları ərzində banklar 557.1 milyon manat xalis mənfəət, 837.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor 
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 3.9% artaraq 41 milyard 961.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 255.7 milyon manat azalaraq 3 milyard 6.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 3% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır. 2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8milyard 680 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 620 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1milyard58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artmışdır.

Banklar     Tarix: 27 iyun 2026

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler valyuta xeberleri internetden pul qazanmaq investisiya biznes krediti