"Bank VTB (Azərbaycan)"ın kredit məhsullarına böyük maraq - PORTFELİ 20 FAİZDƏN ÇOX ARTIB
2024-cü ilin 9 ayında (yanvar-sentyabr) "Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 37 milyon 949 min manat və ya 20,3% artaraq 30 sentyabr 2024-cü il tarixində 225 milyon 69 min manata çatıb. 31 dekabr 2023-cü il tarixində Bankın kredit portfeli 187 milyon 120 min manat təşkil etmişdi.
Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
O cümlədən, cari ilin 9 ayı ərzində "Bank VTB (Azərbaycan)"ın istehlak kreditləri portfeli 21 milyon 239 min manat artaraq 96 milyon 39 min manata, biznes kreditləri porfeli 8 milyon 969 min manat artaraq 73 milyon 520 min manata, ipoteka kreditləri portfeli isə 7 milyon 742 min manat artaraq 55 milyon 511 min manata yüksəlib.
Qeyd edək ki, VTB (Azərbaycan) daha münasib faiz dərəcələri olan kredit məhsulları ilə seçilir. Nağd kredit bankın pərakəndə müştərilərinə 300 manatdan 50 min manatadək illik 10,49%-dən 59 ayadək təklif olunur. Bank Sentyabr ayında pərakəndə kredit məhsullarını genişləndirib. Müştərilər artıq qızıl və zinət əşyalarını girov qoyaraq lombard krediti üçün müraciət edə bilərlər.
Həmçinin oxu
Bank VTB (Azərbaycan) maliyyə vəziyyətini açıqladı - BANK BÖYÜYÜB, MƏNFƏƏT ƏLDƏ EDİB


Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?