Bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edildi
Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib.
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında "Banklar haqqında" qanunun 81.1-ci və 81.3-cü maddələrinin İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Qəbul olunmuş qərara əsasən, "Banklar haqqında" qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. "Banklar haqqında" qanun, habelə İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Startup nədir və necə olur?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?