"Banklar haqqında" Qanuna dəyişiklik edilir
Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.
Bununla bağlı "Banklar haqqında" Qanununa dəyişikliklər edilib.
Layihəyə əsasən, qanunun 41.2-ci maddəsinə Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməsi ilə bağlı abzas əlavə edilib.
Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində depozit məqbul hesab edilir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Layihə menecmenti nədir?
Onlayn biznes növləri