"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
Bəzi ekspertlər qeyd edirlər ki, bankların tərtib etdikləri müqavilələr yalnız onların maraqlarına xidmət edir, müqavilə əhalinin başa düşməyəcəyi hüquqi dildə və kiçik şriftlərlə yazılır. Yəni, bu proses fonunda maliyyə sektorunda istehlakçıların hüquqlarının təmin edilməsi üçün mövcud qanunvericilik məhduddur və təkmil deyil. Bu sahədə hansısa addımlar atıla bilərmi?
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirirb ki, hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericilik bazası olduqca təkmildir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən də bu məsələyə xüsusi önəm verilməkdədir. Belə ki, hazırda bu istiqamətdə əlavə normativ aktların qəbulu nəzərdə tutulur. 2024-cü ildən etibarən Mərkəzi Bank daxilində ixtisaslaşmış bazar davranışlarına nəzarət və requlyasiya funksiyaları fəaliyyət göstərir və bu ildən etibarən müştəri hüquqlarının qorunmasına risk əsaslı nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, hər ay Mərkəzi Bank tərəfindən "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi" yayımlanmaqdadır ki, bu indeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı nəzərə alınmaqla hesablanır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Mülki Məcəllədə "İstehlak krediti müqaviləsi üzrə ilkin məlumatlandırma" adlanan 746-1-ci maddə istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Həmin maddənin tələblərinə əsasən, İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən tərəfindən kreditin növü, məbləği, valyutası, kreditin qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi də daxil olmaqla kreditlə bağlı siyahısı dəqiq göstərilmiş məlumatlar istehlakçıya təqdim edilməlidir. Qeyd edilən maddədə göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir və bu forma Mərkəzi Bank tərəfindən təsdiq edilir.
Banklar tərəfindən bu maddələrin tələblərinə riayət edilir və istehlak krediti müqaviləsi bağlanılmazdan əvvəl istehlakçılara qeyd edilən məlumatlandırma formaları təqdim edilir. Müqavilə mətnlərində məlumatların istehlakçıların diqqətinə aydın şəkildə çatdırılmasını təmin edən uyğun şrift ölçüləri istifadə edilir",- Zakir Nuriyev deyib.
© APA / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?