Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə baxılacaq
"Kənd təsərrüfatı sahəsində kreditlər ən problemli portfellərdən biridir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, girovsuz 50 min manata qədər kredit verilməsi problem yarada bilər: "Amma balanslaşdırma aparılması mümkündür. Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə də baxılacaq. Bu komissiyaların hesabına banklar nağdsız əməliyyatları təşviq edir. Yəni bunun hesabına istehlakçılara "cash back" verirlər. Bu gün Azərbaycan bu sahə üzrə regionda ən yüksək göstəricilərə sahibdir". / banker.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir
Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət