Banklarda Agile niyə işləmir?

Banklarda Agile niyə işləmir?Son illərdə Azərbaycan bank sektorunda "Agile", "Scrum", "Product Owner", "Sprint" kimi terminlər gündəlik iş dilinə çevrilib. Bir çox bank Agile transformasiya proqramları elan edib, beynəlxalq konsultantlar cəlb olunub, komandalar yenidən qurulub. Kağız üzərində hər şey müasir və çevik görünür.
Amma təcrübə göstərir ki, bu dəyişikliklər çox vaxt gözlənilən nəticəni vermir. Məhsullar yenə gecikir, müştəri məmnuniyyəti ciddi artmır, komandalar isə əvvəlkindən daha çox yorulur. Agile var, amma çeviklik hiss olunmur. Bu paradoksal vəziyyət vacib sual doğurur: Banklarda Agile doğrudan da işləmir, yoxsa biz onu səhv tətbiq edirik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Agile metod deyil, idarəetmə fəlsəfəsidir
Ən böyük yanlışlıq Agile-in texniki metod kimi qəbul edilməsidir. Bir çox bank Agile-i belə başa düşür ki, Scrum iclaslarını tətbiq edək, Jira və Confluence quraq və əməkdaşlara Agile təlimi keçirək. Amma Agile bunların heç biri deyil. Bunlar sadəcə alətlərdir. Agile-in mahiyyəti isə sürətli qərarvermə, səlahiyyətin komandaya yaxınlaşdırılması, dəyərin tez ölçülməsi və səhvdən öyrənmə mədəniyyətidir. Əgər bu prinsiplər idarəetmə səviyyəsində qəbul olunmursa, Agile yalnız icraçı komandaların üzərinə əlavə yükə çevrilir.
Köhnə idarəetmə + yeni terminlər = gizli konflikt
Banklarda tez-tez ziddiyyət yaranır. Komandalardan çevik olmaları tələb olunur. Amma, qərarlar hələ də klassik, çoxpilləli iyerarxiya ilə verilir. Risk komitələri ayda bir dəfə toplanır. Prioritet dəyişiklikləri sprintin ortasında gəlir. Bu mühitdə komanda sprint planlayır, amma planın ömrü bir neçə gün olur. Nəticədə Agile planlama aləti yox, stress generatoru rolunu oynayır.
Məhsul sahibi problemi: rol var, səlahiyyət yoxdur
Agile-in mərkəzində Məhsul sahibi dayanır. Amma Bank sektorunda bu rol çox vaxt formal xarakter daşıyır. Praktikada tez-tez müşahidə olunur ki, Məhsul sahibi məhsula cavabdehdir, amma prioritetləri biznes deyil, müxtəlif rəhbərlər müəyyən edir. Məhsul backlog-u var, amma qərarlar komitələrdə verilir. Məhsul sahibindən strateji düşüncə gözlənilir, amma ona "yox" demək səlahiyyəti verilmir. Belə şəraitdə Məhsul sahibi lider yox, "tapşırıq ötürücü" funksiyasını yerinə yetirir. Halbuki Agile-də Məhsul sahibi biznes dəyərinin qoruyucusudur.
KPİ-lar düzgün qurulmayanda Agile zərər verir
Bir çox Bankda Agile komandaların performansı hələ də klassik ölçülərlə qiymətləndirilir. Neçə task bağlanıb? Sprint vaxtında bitibmi? Planlaşdırma neçə faiz icra olunub? Bu metriklər komandanı iş görməyə təşviq edir, amma dəyər yaratmağa yox. Agile-in əsas məqsədi isə çox iş görmək deyil, doğru işi görməkdir. Əgər komanda səhv məhsulu sürətlə çatdırırsa, Agile problemi həll etmir – onu sadəcə sürətləndirir.
Risk mədəniyyəti və Agile bir-birinə uyğun gəlmir
Bank sektoru təbii olaraq riskə həssasdır. Amma burada incə fərq var ki, Agile riskləri idarə etməyi təklif edir. Bank mədəniyyəti isə çox vaxt riskdən tam qaçmağa çalışır. Buna görə də kiçik eksperimentlər belə uzun təsdiq prosesindən keçir. MVP anlayışı "tam hazır məhsul" kimi başa düşülür. Səhv etmək cəza ilə assosiasiya olunur. Bu mühitdə Agile-in əsas mexanizmi – öyrənərək irəliləmək – işləyə bilmir.
Agile transformasiya niyə tez-tez "təlim mərhələsində" qalır?
Bir çox bankda Agile transformasiya belə başa düşülür ki, əməkdaşları öyrətdik, indi növbə onlardadır. Amma, real transformasiya Struktur dəyişmədən, Rəhbərlik davranışı dəyişmədən və qərarvermə sürəti artmadan mümkün deyil. Agile-i tətbiq edib nəticə almayan bankların çoxunda problem komandalarda yox, liderlik səviyyəsindədir.
Agile-in işləməsi üçün banklar nəyi dəyişməlidir?
Agile-in bank mühitində real nəticə verməsi üçün Məhsul sahiblərinə real qərar səlahiyyəti verilməlidir. KPİ-lar output-a yox, outcome-a bağlanmalıdır. Rəhbərlik sürəti sözlə yox, gündəlik davranışla dəstəkləməlidir. Səhv etmək gizlədilən hadisə yox, öyrənmə aləti olmalıdır. Əks halda Agile banklarda yalnız yeni terminli köhnə idarəetmə olaraq qalacaq.
Nəticə
Banklarda Agile-in işləməməsinin səbəbi metodologiya deyil. Əsas problem idarəetmə zehniyyətinin çevik olmamasıdır. Agile yalnız komandalara deyil, liderlərə də tətbiq olunanda real dəyər yaradır. Əks halda banklar "Agile edirik" deyəcək, amma müştəri üçün heç nə dəyişməyəcək.
Müəllif: Toğrul Xəlilov, Baş Məhsul sahibi
Banklarda Agile niyə işləmir?/ marja.az

Banklar     Tarix: 13 fevral 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler valyuta mezennesi investisiya emlak xeberleri dollar kursu