Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır

Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdırMərkəzi Bankın İdarə Heyəti tərəfindən 23 dekabr 2025-ci il tarixində banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə "Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik" (Metodoloji Rəhbərlik) təsdiqlənib.
Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki,  "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi MHBS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcəkdir.
Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaqdır.
Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9 hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.
Metodoloji Rəhbərlik sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun: / marja.az

Banklar     Tarix: 26 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi