Bankların ipoteka kreditlərinin renkinqi: həcm, dinamika və bazar payı (01.10.2022)
Azərbaycanda kommersiya banklarının bir çoxu 2022-ci ilin yanvar-sentyabr aylarında ipoteka kreditləri, yaxud daşınmaz əmlak kreditləri üzrə 21-i aktivlik nümayiş etdirib və nəticədə icmal portfel 16% artıb.
1 oktyabr 2022-ci il tarixində icmal ipoteka portfeli 2 mlrd. 775 mln. manat üzərində təşkil edib.
Banker.az-ın tərtib etdiyi renkinqə dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) liderlik edir. Bu sosialyönümlü kredit üzrə ABB-nin portfeli ilin ilk üç rübündə 15.7% artımla 848.76 milyon manata çatıb ki, bu da bazarın 31%-nə sahiblənmək deməkdir.
TOP10 bank hazırda ipoteka kreditləri üzrə bazarın 82%-nə sahibdir.
İlin əvvəlindən ən yüksək artım dinamikası "Ziraat Bank Azərbaycan" ASC-də baş verib. Bank ilin ilk 9 ayında ipoteka krediti portfelini 2.4 dəfə artırmaqla 5.26 mln. manata çatdırıb.
İpoteka – əmlak girovudur. Yəni ipoteka krediti, bankdan faizlə (kredit) götürdüyünüz puldur. Pulu qaytaracağınıza zəmanət olaraq isə daşınmaz əmlakınız: ev, mənzil və ya torpaq çıxış edir.


Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib
"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
"Sizin Lombard" ödənişləri "M10"-da ®
Biznes nədir və hansı növləri var?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
CV hazırlayarkən buraxılan 5 səhv
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?