Bazarda pay itirən "Premium Bank"ın səhmdarları mövqe qazanmaq istəyirlər

Bazarda pay itirən "Premium Bank" ASC nizamnamə kapitalını artırmaqla 175 mln. manata qədər yüksəldib.
Banker.az xəbər verir ki, səhmdarları bankın maliyyə dayanıqlığının yüksək səviyyədə olmasını, strateji hədəflərə nail olmasını daim diqqət mərkəzində saxlayır.
Belə ki, bank əlavə olaraq nominal dəyəri 154 manat olan 129 870 ədəd adi səhm emissiya edib və bununla da nizamnamə kapitalını 20 mln. manat artıraraq 174.6 mln. manata çatdırıb.
Buna qədər bankın nizamnamə kapitalı 154.6 mln. manat idi.
Bank 2024-cü ilin birinci rübünü 1.58 mln. manat xalis mənfəətlə tamamlasa da, bu, 2023-cü ilin müvafiq dövründə qeydə alınan 3.51 mln. manatdan, 2024-cü ilin müvafiq dövründə qeydə alınan 2.57 milyon manatdan aşağıdır. Bankın 2022-ci ilin əvvəlindəki 760.34 milyon manatlıq cəmi aktivləri 2025-ci ilin əvvəlinə 640.89 milyon manata düşüb. Beləliklə, 2022-2024-cü illərdə ölkənin bank sektorunun ümumilikdə aktivlərində 12 faiz artıma nail olarkən, "Premium Bank"ın aktivləri təqribən 16% kiçilib.
Bu kiçilmədə mühüm pay onun əsas fəaliyyət istiqaməti olan biznes kreditlərinin son üç ildə 477.03 mln. manatdan 350.14 mln. manata düşməsidir. Bu da o deməkdir ki, bankın ölkənin böyüyən kredit bazarındakı payı azalıb.
Bank press-relizində bu məsələyə də toxunur və bildirir ki, bankın İnkişaf strategiyası da yenilənib. Strategiyaya əsasən Bank daha çox riteyl (pərakəndə) bankçılığa fokuslanır.
"Həmçinin, rəqəmsal xidmətlərə investisiyanın artırılması, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi prosesi icra edilir. Yeni Strategiya üzrə aparılan işlərin nəticəsi olaraq "Premium Bank"ın istehlak kreditləri portfeli artıb"- deyə, məlumatda bildirilir.
Bu göstəricilər bankın istehlak krediti portfelində də müşahidə edilməkdədir. Məsələn, 2022-ci ilin əvvəlindəki 1.74 mln. manatlıq istehlak kreditinin həcmi cari ilin əvvəlinə 40.67 milyon manata qaldırılıb. Mövcud göstəricilər və açıqlamaları bankın biznes kreditlərindən daha çox istehlak seqmentinə yönəldiyini nümayiş etdirir. Lakin hazırda 8.6 mlrd. manatlıq bu bazarda böyük payçılar qalmaqdadır. Adıçəkilən bankın ölkə üzrə istehlak kreditlərindəki renkinqdə 16-cı yerdədir.
Xatırladaq ki, "Premium Bank" ASC-nin əsas səhmdarı sayılan Zərifə Həmzəyeva 2025-ci ilin yanvarında vəfat edib. Mərhum Z.Həmzəyevanın bankın kapitalındakı payı 84.47 faiz idi.

Banklar     Tarix: 29 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq