"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin 2-ci mərhələsi uğurla başa çatıb

®PAŞA Bank-ın sponsorluğu ilə keçirilən "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin 2-ci mərhələsi çərçivəsində təşkil olunan təlim sessiyaları uğurla yekunlaşıb.
Bu mərhələdə iştirakçı şirkətlər Deloitte və PAŞA Bank mütəxəssisləri ilə öz biznes modellərini daha dərindən təhlil etmək, güclü tərəflərini müəyyənləşdirmək və inkişaf istiqamətlərini daha dəqiq formalaşdırmaq imkanı əldə ediblər. Sessiyalar interaktiv müzakirələr və praktiki yanaşmalar əsasında həyata keçirilib.
Görüşlər zamanı şirkətlər dörd əsas meyar öz fəaliyyətlərini təqdim ediblər: strategiya, idarəetmə və təşkilati potensial, innovasiya və mədəniyyət, həmçinin maliyyə göstəriciləri. Onlarla yerli və beynəlxalq təcrübələr əsasında innovativ yanaşmalar paylaşılıb və dəyər yaradan müzakirə mühiti formalaşıb. Bundan əlavə, maliyyə performansının davamlılığı, istedadların cəlbi və inkişafı üçün yaradılan imkanlar və dayanıqlı biznes təşəbbüsləri müzakirə olunub.
Sessiyalar eyni zamanda şirkətlər üçün beynəlxalq təcrübəyə əsaslanan yanaşmalarla tanış olmaq və idarəetmə keyfiyyətlərini daha da gücləndirmək baxımından mühüm platforma rolunu oynayıb.
Qeyd edək ki, "Best Managed Companies Azerbaijan" proqramı ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləmək məqsədi daşıyır.
"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Müsabiqə Azərbaycanda 2021-ci ildən etibarən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə "Best Managed Companies Azerbaijan" titulu ilə təltif olunub. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
/ banker.az

Banklar     Tarix: 08 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya