"Bəzi banklar problemlidir, onlar bağlanmalıdır"
Azərbaycanda fəliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil, odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər.
Bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorununun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək", – deyə T.Kazımov bildirib.
Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. 2011-ci ildən bugünədək ölkədə 22 bank bağlanılıb. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?