Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir. 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir. 
Money 20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar. 
Tədbir çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın "MoneySend", "Cross-Border Send" və "Alias Directory" xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.  
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir. / banker.az

Banklar     Tarix: 04 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti