Bir-in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı

Bir-in də dəstəyi ilə ®İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan Bir ekosisteminin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə baş tutan və tələbələrdə biznes analitikası, strategiya quruculuğu, eləcə də maliyyə təhlili bacarıqlarının inkişafına yönələn müsabiqənin final mərhələsi 5 aprel 2026-ci il tarixində keçirilib.
İnsan kapitalına strateji investisiya
Tədbirin rəsmi açılış mərasimində çıxış edən qonaqlar, o cümlədən Bir ekosisteminin nümayəndələri tərəfindən xüsusi olaraq vurğulanıb ki, bu cür irimiqyaslı təşəbbüslər sadəcə yarışma deyil, eyni zamanda ölkədə rəqabətədavamlı ekosistemin formalaşması üçün əsas təməl daşlarından biridir. Bir ekosistemi olaraq gənclərin potensialının üzə çıxarılması və onların qlobal standartlara cavab verən peşəkarlar kimi yetişdirilməsi qurumun uzunmüddətli korporativ strategiyasının ayrılmaz bir hissəsidir.
100 komandadan zirvəyə gedən yol
Yanvar ayında 100 komanda ilə start götürən intensiv layihə çərçivəsində müsahibələrdən uğurla keçən 26 komanda "Biznes Akademiyası" və ABCC sessiyalarına cəlb olunaraq peşəkar təlimlərdə iştirak edib, onlardan 12-si yarımfinala, ən güclü 4 komanda isə həlledici final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində gənc istedadlar tərəfindən hazırlanan innovativ və strateji biznes həlləri ekspertlərdən ibarət münsiflər heyətinə təqdim olunub. Gərgin və maraqlı mübarizənin yekununda ADA Universitetini təmsil edən 25 nömrəli komanda birinci yerin qalibi olaraq 8000 AZN məbləğində pul mükafatına layiq görülüb. İkinci yerə və 4000 AZN mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 49 nömrəli komandası, üçüncü yerə isə 2000 AZN mükafatla eyni ali təhsil müəssisəsinin 11 nömrəli komandası sahib çıxıb.
Əsası 2002-ci ildə əsası qoyulan və zəngin ənənələrə malik bu layihə gənclərin inkişafı naminə mühüm platformaya çevrilib. Bir təhsilə və innovasiyalara yatırılan sərmayənin dayanıqlı gələcəyin ən etibarlı qarantı olduğuna inanır. Şirkət qlobal investorlar və tərəfdaşlar şəbəkəsi ilə birlikdə Azərbaycanda bilik iqtisadiyyatının və rəqabətədavamlı insan kapitalının formalaşmasına töhfə verməyə davam edəcək.
Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə rəhbərlik edib.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10, Milliön və Bir Bonus brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. Ətraflı məlumat üçün: bir.az/ / banker.az

Banklar     Tarix: 22 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler iqtisadiyyat xeberleri bank faizleri leobank kart kicik biznes