Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
(®) Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, mikro sahibkarlara yeni imkanlar təqdim etməyə davam edir. Onların fərdi ehtiyaclarına uyğun olaraq formalaşdırılan yeni tariflər 3 formada təklif olunur.
"Classic" tarifi sahibkarlara 5000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırma imkanı yaradır. Üstəlik də illik 18.99, 3 aylıq isə 5.99 manat ödənişlə.
"Plus" tarifi isə 10 000 manatadək əməliyyatları tamamilə komissiyasız həyata keçirmək istəyən sahibkarlar üçün ideal imkanlar təqdim edir. Bunun üçün illik cəmi 37.99 manat ödəmək yetərlidir. Tarifin 3 aylıq qiyməti isə 11.99 manat təşkil edir.
Sahibkarlara xərclərinə 27% qənaət etmək fürsəti yaradan "Premium" tarifi üçünsə illik cəmi 95.99 manat ödəniş tələb olunur. Tarifə qoşulmaqla 25 000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırmaq mümkündür.
Hansı tarifin seçilməsindən asılı olmayaraq bank tərəfindən mikro sahibkarlara Visa Sahibkar kartı da hədiyyə olunur. Sahibinə bir çox üstünlüklər təqdim edən kartın çatdırılması da bank tərəfindən ödənişsiz həyata keçirilir.
Bütün bunlarla Birbank Biznes müştərilərinə banka gəlmədən, vaxt itirmədən, rəqəmsal bankçılığın bütün üstünlüklərindən yararlanmaq şansı yaradır.
Tarif paketləri haqqında ətraflı məlumatı Birbank Biznes mobil tətbiqindən əldə etmək mümkündür: www.b-b.az/bbu.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
/ marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Swift nədir?
IMEI kod nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?