Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda®Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir. Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur. Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.
Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək, həm də nağd vəsait çıxarmaq mümkündür.
Kart sahibləri Visa biznes imtiyazlarına da çıxış əldə edirlər. Bu imtiyazlara hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, beynəlxalq səfərlər zamanı 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərinə güzəştlərlə qoşulmaq imkanı daxildir. "Google Ads", "Meta Ads", "LinkedIn Ads", "Microsoft 365", "Google Workspace" kimi platformalarda təklif olunan güzəştlər və bonuslar sahibkarlara rəqəmsal əməliyyatlarını daha da sərfəli şəkildə etməyə kömək edir.
Kart, həmçinin gündəlik xərclərlə bağlı üstünlüklər də təqdim edir. "Apple Pay" və "Google Pay" ilə ödəniş zamanı restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində endirimlərdən yararlanmaq mümkündür.
Xüsusilə qeyd edilməlidir ki, yeni kart dizaynı sahibkarların peşəkar imicinə əlavə dəyər qatır və həm yerli, həm də beynəlxalq səviyyədə biznes fəaliyyətini daha rahat şəkildə idarə etmək imkanı yaradır.
Sahibkar kartını Birbank Biznes mobil tətbiqi vasitəsilə sifariş edərək, pulsuz çatdırılmadan yararlanmaq mümkündür.
Ətraflı məlumat: www.b-b.az/bbvsk
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

Banklar     Tarix: 20 noyabr 2025

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu