Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi®Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə "Pasha Malls" və "Pasha Real Estate"in tərəfdaşlığı ilə "Gəncə Mall"da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi.
30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı.
Layihə ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bu kimi təşəbbüslərin davamlı olacağını qeyd etdi: "Biz Kapital Bank olaraq 2018-ci ildən sahibkarlığın inkişafına dəstək göstərməyi öz strateji hədəflərimizdən biri olaraq seçdik. Bu istiqamətdə atdığımız ən mühüm addımlardan biri Birbank Biznes mobil tətbiqinin istifadəyə verilməsi oldu. Sahibkarlar artıq istehsal sahələrini, ofislərini və ünvanlarını tərk etmədən bir neçə dəqiqəyə bank xidmətlərindən yararlanaraq zamanlarını bizneslərinin inkişafına sərf edə bilirlər. Bununla yanaşı, bu gün baş tutan tədbir kimi onlarla layihə də məhz sahibkarlar üçün təşkil olunur. Çünki biz bilirik ki, ölkə iqtisadiyyatının lokomotivi kiçik və orta sahibkarlıqdır. Ona görə də onların həm bizneslərinə, həm də şəxsi inkişaflarına dəstək verməyə davam edirik."
Qeyd edək ki, Birbank Biznes sahibkarların bir-biri ilə şəbəkələşməsi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində layihələrini davam etdirəcək.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün  saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

Banklar     Tarix: 28 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq