Birbank-la Trendyolda yeni ödəniş imkanı – "İndi al, sonra ödə"

Birbank-la Trendyolda yeni ödəniş imkanı – ®Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında "İndi al, sonra ödə" ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.
Artıq Trendyol istifadəçiləri alış-veriş zamanı bank tərəfindən təqdim edilən kredit limitindən istifadə edərək, alış-verişlərini istədikləri vaxt edib, ödənişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilərlər.
Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:
Trendyol mobil tətbiqinə daxil olmaq;
"Azərbaycandan birbaşa al" bölməsinə keçid etmək;
Seçilmiş məhsulu səbətə əlavə etmək;
Ödəniş üsulu kimi "İndi al, sonra ödə" seçimindən istifadə etmək;
Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.
Birbank tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər.
Ətraflı məlumat:
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 24 iyul 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler telefonla pul qazanmaq en son xeberler emlak xeberleri rubl mezenne