Birbank-la Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

Birbank-la Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu®Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görə komissiya 31 mart 2023-cü il tarixinədək ləğv olundu.
Komissiyanın tətbiq olunmaması istənilən növ Kapital Bank kartlarından, lakin yalnız Birbank rəqəmsal bankı vasitəsilə edilən karta köçürmə əməliyyatlarına şamildir. İstifadəçilər qeyd olunan köçürmələri xidmət haqqı tətbiq olunmadan öz kart limitləri daxilində həyata keçirə bilərlər.
Bundan başqa Suriyaya Western Union təcili pul köçürmə sistemi vasitəsilə vəsait göndərərkən müştərilərdən heç bir komissiya haqqı tutulmayacaq. Aksiya 8 mart 2023-cü il tarixinədək davam edəcək. Western Union sisteminin özəllikləri, məbləğ limitləri, köçürmə əməliyyatları və digər məlumatlarla saytdan tanış olmaq mümkündür – .
Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə kömək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondunun "Türkiyə üçün bir ürək olaq!" adlı yardım vəsaitinin toplanılması aksiyası davam edir. Aksiyaya dəstək olmaq üçün saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə "Qırmızı Ürəklər" Fonduna ianə edə bilərsiniz.
Həmçinin zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.
Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, bonusların idarə olunması və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin. / banker.az

Banklar     Tarix: 21 fevral 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler online pul qazanmaq investisiya dollar mezenne en son xeberler