Birbank taksit kartlarında bütün əməliyyatlarda güzəşt müddəti 63 günədək oldu

Birbank taksit kartlarında bütün əməliyyatlarda güzəşt müddəti 63 günədək oldu(®) Ölkənin ən məşhur taksit kartları olan Birbank-ın şərtlərinə 8 iyul 2023-cü il tarixindən dəyişiklik edilərək daha sərfəli şərtlər müştərilərə təqdim edilir. Belə ki, artıq məhsulun şərtlərinə dəyişiklik edilərək müştərilərə daha çox güzəşt müddəti verilir.
Artıq Birbank taksit kartları ilə nağdlaşdırma, köçürmə, kredit ödənişləri və digər növ maliyyə əməliyyatları zamanı da güzəşt müddəti 63 günədək artırılıb. Müştərilər istənilən növ Birbank taksit kartı ilə qeyd edilən əməliyyatları etdikdə məbləği növbəti ayın sonunadək geri ödədikdə, nağdlaşdırılan, eləcə də, köçürülən, kredit ödənişi edilən və digər maliyyə əməliyyatları edilən məbləğə faiz hesablanmayacaq.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə, həmçinin Birbank Cashback taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də, həmçinin Birbank Miles taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə, həmçinin Birbank Umico taksit kartlarında şəxsi vəsaitləri isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.  
Birbank taksit kartları bir sıra üstünlüklərə daha malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. / marja.az

Banklar     Tarix: 14 iyul 2023

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali


iqtisadi xeberler dollar mezenne dollar manat kursu kicik biznes bitkoin almaq