Birjalarda son vəziyyət
3-cü rüb üzrə ABŞ-da ÜDM göstəricisinin proqnozun (4,3%) üzərində 4,9% kimi açıqlanması ölkə iqtisadiyyatının hələ də güclü olmasından xəbər verir. Xatırlatmaq lazımdır ki, əvvəlki 2-ci rübdə müvafiq göstərici 2,1% kimi açıqlanmışdır. Eyni zamanda inflyasiya göstəricilərinin proqnozların üzərində möhkəmlənməsi FED-i daha sərt mövqelənməyə sövq edir.
Bazar iştirakçıları bu həftə Avrozonadan inflyasiya göstəriciləri, FED-in faiz qərar açıqlaması və ABŞ-dan NFP göstəricilərinin açıqlanmasını, İngiltərə Mərkəzi bankının faiz qərarını diqqət mərkəzində saxlayacaqlar.
NEFT
Cümə günü İsrailin Qəzzada yerüstü əməliyyatlara başlaması və qısa müddətə dayandırması fonunda neft qiymətləri 90$ ətfafında dalğalanmaqdır. Tələbin azalması ilə bəzi neft hasil edən dövlətlərin açıq bazarlara çıxışına məhdudiyyətlərin aradan qaldırılması hal-hazırda neft qiymətlərinin kütləvi alış zonasında olduğunu nümayiş etdirir. Əməliyyatların davam etdirilməsinin bərpası ilə neft qiymətlərində kəskin volatillik müşahidə oluna bilər. Nəzərə almaq lazımdır ki, dünya neft tədarükünün təqribən 3/1 bu regionda hasil olunur.
"Brent" markalı neft 1% ucuzlaşaraq 89.16$ səviyyəsində ticarət olunur.
"WTI" markalı neftin noyabr fyuçerslərinin qiymətləri eynilə 1% azalaraq 84.97 dollar təşkil edib.
XAU/USD
Yaxın Şərq böhranınən dərinləşməsi ilə qiymətli metal 1980$-dan 1% bahalaşaraq 2009$-a kimi kəskin hərəkət etdi. 2000$ üzərində qaldıqca qiymət tarixi maksimumlarını (2075$) test edə bilər.
EUR
Bazar ertəsi Almaniyadan, çərşənbə axşamı Avrozonadan açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzindədir. Cərşənbə günü ABŞ-dan FED-in faiz qərarı və sədr Pauvelin monetar siyasətlə bağlı açıqlamaları, cümə axşamı ABŞ-dan işsizlik müavinəti alanların statistikası və cümə günü ABŞ-dan qeyri-kənd təsərrüfatında yeni açılan iş yerləri (NFP) rəqəmlərinin acıqlanması həftə ərzində güclü volatilliyə səbəb ola biləcək amillərdir.
GBP
Bu həftə cümə axşamı günü açıqlanacaq Böyük Britaniya Mərkəzi Bankının faiz qərarı funtun avro və dollar qarşısında sürətli dalğalanmasına səbəb ola bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Sirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab