Biznes Bankçılıqda daha çox rahatlıq – Expressbank
®Expressbank Biznes Bankçılıq imkanlarını genişləndirməkdə davam edir.
Belə ki, artıq Expressbank-ın Biznes Bankçılıq müştəriləri Biznes krediti,
İnvoys maliyyələşdirilməsi və Overdraft sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.
Qeyd edək ki, Expressbank biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsilə 60 ayadək müddətdə 5 000 000 AZN-dək biznes kreditləri təklif edir. Üstəlik 24 ayadək güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq imkanı var.
Həmçinin Bankın Biznes Bankçılıq xidmətlərinin Bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən "Express Business" tətbiqi aktivdir.
Bankın Biznes Bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri