Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
2025-ci ildə iqtisadiyyata kredit qoyuluşlarında artım davam etmişdir. İl ərzində kredit portfeli (bank və BOKT) 9.1% artaraq 31.9 mlrd. manata çatmışdır. Kreditlərin tərkibində uzunmüddətli kreditlərin payı üstünlüyünü qorumuş, ilin sonuna onun xüsusi çəkisi 81.9% olmuşdur. Uzunmüddətli kreditlərin həcmi 7.3% artaraq ilin sonuna 26.2 mlrd. manat olmuşdur. Qısamüddətli kreditlərin həcmi ilin əvvəlindən 17.7% artaraq 5.8 mlrd. manat təşkil etmişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti İcmalının Fevral - 2026 sayında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, bankların biznes kreditləri 2025-ci ildə 8.9% artaraq 16.1 mlrd. manata çatmışdır. İl ərzində biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat (30.5%), tikinti (25.4%), kənd təsərrüfatı (16.8%), informasiya və rabitə (23.4%) sahələrində olmuşdur.
Hesabat dövründə kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam etmişdir. Belə ki, dövr ərzində manatla kreditlər 11.4% artmış, xarici valyutada kreditlər isə 3.6% azalmışdır. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı ilin əvvəlindən 1.8 f.b. azalaraq 13.6% təşkil etmişdir.
2025-ci ildə fiziki şəxslərə verilmiş kreditlər 11.9% və ya 2 mlrd. manat artaraq 19.3 mlrd. manata, hüquqi şəxslərə verilmiş kreditlər isə 5.1% və ya 610 mln. manat artaraq 12.6 mlrd. manata çatmışdır.
2025-ci ilin dekabr ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 17.7%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 6.4% təşkil etmişdir. Son aylarda manatla yeni verilmiş kreditlər üzrə orta faizlərdə azalma qeydə alınmışdır.
2025-ci il ərzində depozit bazarında manatla və müddətli depozitlərin payının artması, kredit bazarında isə iqtisadiyyatın əsas sahələri üzrə kredit qoyuluşlarının genişlənməsi müşahidə olunmuşdur. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt