Biznes sahibləri üçün Yelo mobil tətbiqində yenilik
®Yelo Bank mobil tətbiqinin funksionallıqlarını təkmilləşdirməyə davam edir. Bu dəfə tətbiqin biznes hesabında mühüm yeniliklər istifadəyə verilib. Belə ki, mobil tətbiqdə sahibkarlarla yanaşı, hüquqi şəxslər də qeydiyyatdan keçə biləcəklər. Bundan əlavə, tətbiqində artıq aşağıdakı xidmətlər aktivdir:
Hesablar arası köçürmələr
Bankdaxili köçürmələr
Ölkədaxili köçürmələr
Büdcə ödənişləri
ƏDV ödənişləri
Konvertasiya
Yeniliklər bunlarla bitmir. Yelo biznes tətbiqində "İmzalar" menyusu əlavə olunub. Bunun sayəsində müştərilər bütün ödənişlərini izləyə və lazım olanları imzalaya bilərlər. Qeyd edək ki, sözügedən funksionallıqlardan yararlanmaq üçün Yelo biznes tətbiqinə ASAN İmza ilə daxil olunmalı və köçürmələr ASAN İmza ilə təsdiq edilməlidir.
Bankın ən müasir texnoloji həllər əsasında qurulmuş Yelo mobil tətbiqi sayəsində filiallarda təklif olunan bank xidmətlərindən məsafədən və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq mümkündür. Yaxın zamanda tətbiqdə müştərilərin rahatlığı üçün daha bir neçə funksionallığın əlavə edilməsi gözlənilir. Siz də Yelonun parlaq tətbiqini yükləyib, üstünlüklərindən tam faydalana bilərsiniz:
Bank xidmətləri, o cümlədən maşın krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?