BOKT "İnkişaf üçün Maliyyə"nin mənfəəti və aktivləri böyüyüb

BOKT "Oksfam" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı bank olmayan kredit təşkilatı "İnkişaf üçün Maliyyə" MMC (FinDev) 2022-ci ildə xalis mənfəətini artırıb, borclar cəlb edib və kredit portfelini yüksəldib.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir. Audit hesabatını "RSM Azerbaijan" şirkəti aparıb.
Hesabatda qeyd edilir ki, BOKT 2022-ci ildə 2 mln. 396 min manat faiz gəliri əldə edib, 192 min manat faiz xərci çəkib ki, bu da onun xalis faiz gəlirininin 2 mln. 203 min manat olması deməkdir. Faiz gəlirinin artması və xərclərinin azalması BOKT xalis faiz gəlirini illik 31% artmasına səbəb olub.
Təşkilat 1 mln. 949 min manat (2021: 1 mln. 853 min manat) ümumi və inzibati, 224 min manat haqq və komissiya xərcləri çəkib.
Beləliklə, 2022-ci ildə bütün gəlir və xərclər fərqindən 1 mln. 70 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə xalis mənfəəti 244 min manat idi.
Bu xalis mənfəətdən sonra onun illərin yığılmış mənfəəti 5 mln. 779 min manata yüksəlməsinə səbəb olub. Kredit təşkilatı kapital mövqeyininin güclü olmasına rəğmən dividend ayırmağa getməyib.
BORCLAR CƏLB EDİR
2022-ci ildə müddətli borc öhdəliklərini 1 mln 683 min manatdan 1 mln. 126 min manata endirərkən, ölkənin fond bazarına üz tutaraq 1 mln. həcmində istiqraz emissiyasından vəsait cəlb edib. BOKT-in öhdəliklərində 231 min manat icarə öhdəliyi ilə birlikdə cəmi öhdəlikləri 2 mln. 893 min manatdır.
11 yanvar 2023-cü ildə BOKT və "Kapital Bank" ASC arasında illik 13% faiz dərəcəsi ilə 500 min min məbləğində 15 ay müddətinə yeni kredit müqaviləsi imzalanıb.
7 fevral 2023-cü ildə Cəmiyyət və "Paşa Bank" ASC arasında illik 25% faizədək 60,000,000 AZN məbləğində yeni kredit limiti müqaviləsi imzalanmışdır. GL5915 nömrəli kredit limiti müqaviləsinə əsasən, 08 fevral 2023-cü ildə 500 min min məbləğində və 23 may 2023-cü il tarixində 500 min AZN məbləğində illik 12% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit götürülüb.
Hesabat müddətində müştərilərə verilən kreditlərin həcmin 6 mln. 904 min manatdan 8 mln. 828 min manata yüksəlib.
Cəmi aktivlərin həcmi 9 mln. 424 min manat olub.
BOKT BOKT

Banklar     Tarix: 31 may 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq