BOKT "İnternational" 2024-cü ili mənfəətlə başa vurub! - MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU

BOKT Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT "İnternational" ASC, növbəti maliyyə uğuruna nail olub. BOKT ötən illərdə olduğu kimi, 2024-cü ildə də yüksək statistik göstəricilərə imza atıb.
BOKT Belə ki, BOKT "İnternational" ASC 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatın "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununun və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğunluğu beynəlxalq audit şirkəti "Baker Tilly Azerbaijan" tərəfindən təsdiqlənib və müsbət rəy verilib. 
XALİS MƏNFƏƏTİNDƏ BÖYÜK ARTIM
BOKT-un yaydığı press-relizdə bildirilir ki,  BOKT "İnternational" ASC-nin 2024-cü ili 4 milyon 820 min 580 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 28 min 482 manat və ya 72,6% çoxdur.
FAİZ GƏLİRLƏRİ ARTIB
BOKT "İnternational" ASC-nin cəmi faiz gəlirləri 2023-cü ildə 14 milyon 664 min 407 manat ikən, 2024-cü ildə 17 milyon 827 min 749 manat olub (3 milyon 163 min 342 manat və ya 21,6% artıb). Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri təşkil edib.
Ötən il  BOKT "İnternational"ın xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, 2024-cü ildə Kredit təşkilatının xalis faiz gəlirləri 13 milyon 909 min 164 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 570 min 615 manat və ya 22,6% yuxarı göstəricidir.
KREDİT TƏŞKİLATI BÖYÜYÜB
Ötən il BOKT-un cəmi aktivləri isə 9 milyon 429 min 362 manat  və ya 26,1% artaraq 31 dekabr 2024-cü il tarixində 45 milyon 536 min 567 manata çatıb. Aktivlərin 37 milyon 960 min 91 manatını kredit portfeli təşkil edib.
2024-cü ildə BOKT-un kredit portfeli 7 milyon 679 min 980 manat və ya 25,4% artaraq 37 milyon 960 min 91 manata yüksəlib. Ötən il bütün növ kreditərdə artım baş verib.
2015-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır. Əlavə olaraq, Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderlərdən olan PashaPay və E-manat ilə əməkdaşlıq və bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2023-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzvlüyünə daxil edilmişdir. BOKT-un davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir. Kapital bazarı üzrə işgüzar münasibətlərin formalaşması qarşılıqlı iqtisadi münasibətlərə söykənən müvafiq Fond Birjalarında, BOKT "İnternational"ASC-nin bazarın yüksək reputasiyaya malik anderrayteri İnvestisiya Şirkətləri ilə davamlı olmasını həyata keçirir.
Qeyd edək ki, BOKT "İnternational" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır. BOKT-un məcmu / nizamnamə  kapitalı 2023-cü il üzrə 5 milyon manat 2024-cü ildə 8 milyon manat təşkil etmişdir.
 BOKT "İnternational" Bakı və regionlarda 37 filialı və 354 nəfər əməkdaşı ilə fəaliyyət göstərir.
BOKT-un məhsul və xidmətləri ilə  www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən (mobil tıtbiq əlavəsi daxil) tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
BOKT "İnternational" ASC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları - ƏTRAFLI
BOKT BOKT BOKT BOKT BOKT / marja.az

Banklar     Tarix: 31 may 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti