BOKT "İnternational" kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

BOKT Ölkənin aparıcı kredit təşkilatlarından olan BOKT "İnternational" ASC xidmət şəbəkəsini genişləndirərək sayca 40-cı filialı fəaliyyətə başlayıb. KOB adlandırılan yeni filial Bakı şəhəri, Azadlıq prospekti 165a (əvvəlki azadlıq pr. 99) ünvanında yerləşir.  
KOB filialının açılmasında əsas məqsəd  ölkədə kiçik və orta sahibkarlıq (KOS) fəaliyyəti ilə məşğul olan iş adamlarının bizneslərinə dəstəyin göstərilməsi, onların kredit ehtiyaclarını sərfəli şərtlərlə qarşılamaq, eyni zamanda daimi yeni iş yerlərinin açılması, eləcə də bu işlərin nəticəsi olaraq ölkə istisadiyyatının inkişafına töhfə verməkdir. 
BOKT "İnternational" ASC-nin İdarə Heyətinin sədri Nicat Həsənov bildirib ki, təşkilatın növbəti strateji dövr üzrə əsas hədəfləri sırasında kiçik və orta sahibkarlıq biznesinə dəstəyin göstərilməsi və bu sahənin inkişaf etdirilməsi önəmli yer tutur:
"Məhz bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, kiçik və orta sahibkarlıq sahəsi üzrə strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə azadlıq prospekti 165a ünvanında sayca 40-cı olan KOB filialımız fəaliyyətə başladı. Yeni konsepsiyada tərtib edilən filialda müştərilərə daha rahat və keyfiyyətli və sürətli xidmət göstərilməsi üçün xüsusi şərait yaradılıb. Bu filialda əsas etibarı ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə kredit ehtiyaclarını qarşılamanı qarşımıza hədəf olaraq qoymuşuq. Bu seqmentdən olan müştərilərə daha əl çatan xidmətlərimizi təklif etmək üçün yeni KOB filialımızda xüsusi imkanlar da yaradılıb". 
Xatırladaq ki, Azərbaycan maliyyə bazarında 10 ildən çox fəaliyyət göstərən BOKT "İnternational" ASC müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri təklif edir. 2013-cü ildən etibarən bazarın aparıcı BOKT-ları sıralarına qoşulan BOKT "İnternational" ASC təminatlı və təminatsız kreditlər üzrə ixtisaslaşaraq əsas göstəriciləri üzrə bazar iştirakçıları sırasında TOP-5 də yer alıb. 10 milyon manat nizamnamə kapitlına malik olan təşkilat Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır. Həmçinin Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvüdür. Hazırda 40-a yaxın filialda 400-dən çox əməkdaşın çalışdığı təşkilat bazarın etibarlı maliyyə tərəfdaşlarından biridir.  
BOKT BOKT BOKT / marja.az

Banklar     Tarix: 29 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq