BOKT "İnternational" sürətlə böyüyür, filiallarının sayı 35-ə çatdı
Bank Olmayan Kredit Təşkilatı (BOKT) "İnternational" ASC sürətlə böyüyür. Kredit təşkilatı filial şəbəkəsini genişləndirir.
Belə ki, ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından olan BOKT "İnternational" ASC Bakı şəhərində "Gənclik", "Əhmədli", Sumqayıt şəhərində "Sülh", Tovuz rayonunda "Qovlar", Sabirabad rayonunda "Sabirabad" yeni filiallar açaraq filial sayını 30-dan 35-ə yüksəldib.
Azərbaycanın maliyyə bazarında aparıcı mövqeyi və müştəriləri arasında yüksək etibarı ilə seçilən BOKT "İnternational" ASC nizamnamə kapitalının artırılmasına qərar verib. Qərara əsasən təşkilatın nizamnamə kapitalı əlavə 3 milyon manat artırılaraq hazırkı 5 milyon manatdan 8 milyon manatadək yüksəldilib.
Strateji hədəf olaraq yaxın gələcəkdə filialların sayını 55-ə çatdırılması planlaşdırılır.
BOKT "İnternational" ASC 21.05.2013-cü il tarixindən Bakı və regionlarda 10 ildən çoxdur Mərkəzi Bank tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşqul olur.
Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) hesabına güzəştli sahibkarlıq kreditlərinin ayrılması üzr müvəkkil kredit təşkilatları sıralarındadır. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları