BOKT istiqraz buraxılışı yolu ilə 1 milyon manat borc alır - ŞƏRTLƏR
8 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "TBC Kredit" BOKT MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmib.
Birjanın yaydığı məlumata görə, 14 iyul 2022-ci il tarixində "TBC Kredit" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, tədavül müddəti 2 il, kupon faizlərinin ödəniş müddəti hər 6 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti" QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
IBAN nədir?
Start-up nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?