BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?

BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?Azərbaycanda "Bank olmayan kredit təşkilatları haqqında" qanunda edilmiş və bu gündən qüvvəyə minmiş dəyişikliyə əsasən, BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.
Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bəs BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək? 
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-lara kredit kartı buraxmaq üçün səlahiyyətin verilməsi onların müştərilərinə birbaşa xidmət göstərməsinə şərait yaradacaq və xərclərini azaldacaq:
"Çünki, BOKT-lara ödənişlər POS-terminallar vasitəsi ilə həyata keçirilir, bu da əlavə xərclərə gətirib çıxarır. İndi isə ödənişlər plastik kart vasitəsi ilə həyata keçiriləcək. İstehlakçılar artıq bankomatlardan istifadə etmək məcburiyyətində olmayacaqlar. Çünki, kart buraxılması imkan yaradacaq ki, BOKT-lara ödəniş terminalları ilə əməkdaşlıq etmək imkanı yaradacaq. BOKT-lar indiyə qədər sadəcə ödənişləri toplayırdısa bundan sonra artıq kreditlərin kart vasitəsi ilə verilməsi və POS-terminallar vasitəsi ilə ödənilməsi mümkün olacaq. Bu da onların xərclərinin optimallaşdırılmasına müsbət təsir göstərəcək, maliyyə xidmətləri göstərən qurumlar arasında rəqabəti artıracaq və xidmətin keyfiyyətini yüksəldəcək. Gənc nəsil indi daha çox mobil əlavələr vasitəsi ilə pul köçürmələri həyata keçirirlər. Orta nəsil isə fiziki olaraq kartlara üstünlük verirlər. Yeni qərar BOKT-ların bölgələrdə maliyyə inklüzivliyinin artmasına da töhvə verəcək".
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, BOKT-lara kredit kartı emissiya etmə səlahiyyətinin verilməsi onlara məhsullarını çeşidləndirmə və artırma imkanı yaratmaqla paralel olaraq gələcəkdə gəlirlərini artırmalarına və kreditləşmə prosesində daha aktiv iştirak etməyə də imkan verəcək:
"Bu qərar müsbətə doğru dəyişikliklə xarakterizə oluna bilər və bazarda rəqabətin artmasına gətirib çıxaracaq. BOKT-ların bugünki imkanları böyük vəsaitləri bu yolla bazara daxil etmə imkanı verməsə də, öz aralarında kiçik dövriyyənin yaradılması, gəlir mənbəyinin formalaşması üçün töhfə verəcək. Burada BOKT-lar kredit kartlarında öz vəsaitlərini yerləşdirdikləri üçün və öz vəsaitlərindən istifadə ilə bağlı vətəndaşlara, istehlakçılara şərait yaratdığı üçün hər hansı bir ciddi risk yoxdur. Bu öz növbəsində BOKT vəsaitlərinin nağdsız şəkildə xərclənməsi üçün bir platformanın tətbiqinə imkan yaradır. Qəbul edilmiş qərar, BOKT-ların məhsullarının çeşidləndirilməsinə və gəlir bazasını genişləndirməyə şərait yaradacaq, nağdsız ödəniş sferasında texnoloji imkanların tətbiqini genişləndirməklə bu vəsaitlərin nağsız ödənişlərin predmetinə çevrilməsinə şərait yaradacaq. İstehlak kreditlərinin bu yolla daha aktiv şəkildə bazarda yerləşdirilməsi BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsinə və növbəti illərdə güclənməsinə qismən də olsa töhvə verə bilər".
© "Report"

Banklar     Tarix: 01 avqust 2023

Oxşar xəbərlər

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler birbank kripto bitkoin qiymeti bitcoin qiymeti