BOKT-lər də kredit kartları buraxır – Bunun bazara nə təsiri ola bilər?

BOKT-lər də kredit kartları buraxır – Bunun bazara nə təsiri ola bilər?Azərbaycanda "Bank olmayan kredit təşkilatları haqqında" qanunda edilmiş və bu gündən qüvvəyə minmiş dəyişikliyə əsasən, BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.
Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Bazara təsir edəcəkmi?
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-lara kredit kartı buraxmaq üçün səlahiyyətin verilməsi onların müştərilərinə birbaşa xidmət göstərməsinə şərait yaradacaq və xərclərini azaldacaq:
"Çünki, BOKT-lara ödənişlər POS-terminallar vasitəsi ilə həyata keçirilir, bu da əlavə xərclərə gətirib çıxarır. İndi isə ödənişlər plastik kart vasitəsi ilə həyata keçiriləcək. İstehlakçılar artıq bankomatlardan istifadə etmək məcburiyyətində olmayacaqlar. Çünki, kart buraxılması imkan yaradacaq ki, BOKT-lara ödəniş terminalları ilə əməkdaşlıq etmək imkanı yaradacaq. BOKT-lar indiyə qədər sadəcə ödənişləri toplayırdısa bundan sonra artıq kreditlərin kart vasitəsi ilə verilməsi və POS-terminallar vasitəsi ilə ödənilməsi mümkün olacaq. Bu da onların xərclərinin optimallaşdırılmasına müsbət təsir göstərəcək, maliyyə xidmətləri göstərən qurumlar arasında rəqabəti artıracaq və xidmətin keyfiyyətini yüksəldəcək. Gənc nəsil indi daha çox mobil əlavələr vasitəsi ilə pul köçürmələri həyata keçirirlər. Orta nəsil isə fiziki olaraq kartlara üstünlük verirlər. Yeni qərar BOKT-ların bölgələrdə maliyyə inklüzivliyinin artmasına da töhvə verəcək".
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, BOKT-lara kredit kartı emissiya etmə səlahiyyətinin verilməsi onlara məhsullarını çeşidləndirmə və artırma imkanı yaratmaqla paralel olaraq gələcəkdə gəlirlərini artırmalarına və kreditləşmə prosesində daha aktiv iştirak etməyə də imkan verəcək:
"Bu qərar müsbətə doğru dəyişikliklə xarakterizə oluna bilər və bazarda rəqabətin artmasına gətirib çıxaracaq. BOKT-ların bugünki imkanları böyük vəsaitləri bu yolla bazara daxil etmə imkanı verməsə də, öz aralarında kiçik dövriyyənin yaradılması, gəlir mənbəyinin formalaşması üçün töhfə verəcək. Burada BOKT-lar kredit kartlarında öz vəsaitlərini yerləşdirdikləri üçün və öz vəsaitlərindən istifadə ilə bağlı vətəndaşlara, istehlakçılara şərait yaratdığı üçün hər hansı bir ciddi risk yoxdur. Bu öz növbəsində BOKT vəsaitlərinin nağdsız şəkildə xərclənməsi üçün bir platformanın tətbiqinə imkan yaradır. Qəbul edilmiş qərar, BOKT-ların məhsullarının çeşidləndirilməsinə və gəlir bazasını genişləndirməyə şərait yaradacaq, nağdsız ödəniş sferasında texnoloji imkanların tətbiqini genişləndirməklə bu vəsaitlərin nağsız ödənişlərin predmetinə çevrilməsinə şərait yaradacaq. İstehlak kreditlərinin bu yolla daha aktiv şəkildə bazarda yerləşdirilməsi BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsinə və növbəti illərdə güclənməsinə qismən də olsa töhvə verə bilər". / banker.az

Banklar     Tarix: 01 avqust 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitkoin almaq valyuta xeberleri biznes krediti en son xeberler